Zərdabda 9 aylıq körpəni polislər xilas etdi - VİDEO

Yol polisi 26 Sentyabr 2019 20:16 Oxunub 3044
Zərdabda 9 aylıq körpəni polislər xilas etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qasım Cavadov 9 aylıq uşağının anidən halının pisləşdiyi xəbərini aldığı ücün evə qaçdığını bildirib

Hadisə Zərdabın Ağabağı kəndində baş verib. Rayon ərazisindən 20 km uzaqlıqda yerləşən kənd ərazisində xidmət zamanı Zərdab rayon polis şöbəsinin əməkdaşları Rəmzi Səmədov və Ülvi Hüseynov kənd ərazisində bir nəfərin qaçdığını görüblər. Polis əməkdaşlarında şübhə yarandığı üçün həmin şəxsə yaxınlaşaraq nə baş verdiyini soruşublar. Sözügedən şəxs həmin kənd sakini Qasım Cavadov 9 aylıq uşağının anidən halının pisləşdiyi xəbərini aldığı ücün evə qaçdığını bildirib.

Dərhal ərazidə xidmətdə olan polis əməkdaşları uşağın valideynini də götürərək yaşadığı evə gəliblər. Əvvəlcə polislər balaca Ruslan Cavadova ilkin tibbi yardım göstəriblər. Daha sonra Zərdab rayon mərkəzi xəstəxanasına aparmaq ücün yola çıxıblar. Ruslan Cavadovun valideyinləri övladlarının sağ qaldığı ücün polis əməkdaşlarına minnətdar olduqlarını bildiriblər. (Fakttv)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh