Sərnişin qatarı yaşlı qadını vurub öldürdü - VİDEO

Avtosfer TV 27 Sentyabr 2019 13:25 Oxunub 1828
Sərnişin qatarı yaşlı qadını vurub öldürdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşinist Zəki B. isə ifadəsi alındıqdan sonra polis şöbəsinə aparılıb

Türkiyədə sərnişin qatarı keçiddən keçmək istəyən yaşlı qadını vuraraq öldürüb. Avtosfer.az xəbər verir ki, hadisə ötən gün Zonquldaqın Gökçəbəy rayonunda qeydə alınıb.

Məlumata görə, Qarabük-Zonquldaq marşrutu ilə hərəkət edən Zəki B.-nin idarəetməsində olan 22626 saylı sərnişin qatarı, eyni anda keçiddən keçmək istəyən Fatma Duranı vurub. Nəticədə ağır xəsarət alan yaşlı qadın, hadisə yerinə çağırılan “təcili tibbi yardım” maşını ilə xəstəxanaya çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq Fatma Duranın həyatını xilas etmək mümkün olmayıb.

Maşinist Zəki B. isə ifadəsi alındıqdan sonra polis şöbəsinə aparılıb.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh