Yolayrıcını keçmə qaydası: Avtosfer maarifləndirir - VİDEO

Avtosfer TV 30 Sentyabr 2019 13:33 Oxunub 5471
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əgər qayda pozularsa cəriməsi 60 manat və 3 baldır

Yolda hərəkət edən sürücülərin böyük əksəriyyəti yolayrıcının keçmə qaydasını bilmir. Bu səbəbdən də qəzalar baş verəndə sürücülər arasında mübahisə yaranır.
Avtosfer.az saytı, nizamlanmayan yolayrıcında hərəkət ardıcıllığını izahlı video şəklində sizə təqdim edir.

Videoda "T" şəkilli yolayrıcıdır. Həmin yolayrıcında heç bir istiqamətdə üstünlük nişanları (baş yol, yol ver, stop nişanları) yoxdur. Bu nişanlar olmadıqda yolayrıcı eyni əhəmiyyətli yolların kəsişməsindən ibarət olmuş sayılır. 

Yol Hərəkəti Haqqında Qanunun 77-ci maddəsinin III hissəsində qeyd olunub ki, Eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Əgər qayda pozularsa cəriməsi 60 manat və 3 baldır. 

Təbriz Yusubov

ŞƏRH YAZ
Ad

E-mail

Şərh