Cinayət şübhəlisini qovan polis “Tesla”ya görə təqibi yarımçıq saxladı - FOTO

Avtosfer Foto 28 Sentyabr 2019 19:29 Oxunub 3439
Cinayət şübhəlisini qovan polis “Tesla”ya görə təqibi yarımçıq saxladı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təqibi isə yaxınlıqda olan digər əməkdaşlar davam etdirib

ABŞ-da “Tesla” polisin təqibini yarımçıq qoyub. Avtosfer.az xəbər verir ki, maraqlı hadisə Kaliforniya ştatının Frimont şəhərində baş verib. Məlumata görə, asayiş keşikçiləri “Tesla Model S” markalı patrul avtomobili ilə Santa-Klara şəhərində törədilmiş cinayətdə şübhəli bilinən şəxsi qovalamağa başlayıb. Ancaq saatda 200 kilometrə çatan qaçdı-tutdu bir müddətdən sonra sona çatıb. İnspektor dispetçerlə əlaqə saxlayaraq elektrokarın enerjisinin bitdiyini və təqibi yarımçıq saxlamaq məcburiyyətində qaldığını bildirib. Təqibi isə yaxınlıqda olan digər əməkdaşlar davam etdirib. Lakin şübhəli gözdən itərək gizlənməyi bacarıb.

Araşdırma aparan Frimont polisi hadisənin texniki nasazlıqla əlaqəli olmadığını müəyyən edib.

Məlum olub ki, demə əməkdaşlar növbə dəyişməsi zamanı təhvil-təslimdə avtomobili enerji ilə doldurmağı yaddan çıxarıblar.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh