"Lukoyl"dan şikayət: 48 litrlik çənə 76 litr "benzin" vurdular - FOTO

Xəbərlər 28 Sentyabr 2019 19:46 Oxunub 5887
"Lukoyl"dan şikayət: 48 litrlik çənə 76 litr "benzin" vurdular - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şikayət etdim, dedilər gəl 30 manatını götür

Haldun Novruzzadə adlı vətəndaş "Lukoyl" yanacaqdoldurma məntəqəsindən şikayətçi olub. Avtosfer.az xəbər verir ki, sürücüdən nə az, nə çox düz 30 manat artıq pul alıblar. Şikayətçi deyir ki, "Hyundai Elantra" 2014 avtomobilinə benzin çəni 43.5 manat (48 litr) tutduğu halda "Lukoyl" şirkətinin Bakı-Sumqayıt yolunda yerləşən 4 saylı yanacaqdoldurma məntəqəsi nə az, nə çox 76 litr, yəni 69 manatləq yanacaq vurublar.

"Hələ çəndə 10 manatlıq da yanacaq olub. Bax belə aldadırlar insanları. Bununla bağlı şirkətin qaynar xəttinə şikayət etmişəm, deyiblər “gəl 30 manatını götür”. Lukoil ölkədə ən çox vətəndaşı aldadan yanacaq doldurma məntəqəsidir. 
Utanmasalar deyərlər sənin maşının çəni deşikdir" - deyə vətəndaş şikayətində bildirib.  

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh