Bakıda dəhşətli qəza; "Kamaz" 44 yaşlı qadının üstündən keçdi

Qaydalar 29 Sentyabr 2019 00:31 Oxunub 1506
Bakıda dəhşətli qəza; "Kamaz" 44 yaşlı qadının üstündən keçdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qadın xəstəxanaya aparılsa da, yolda keçinib.

Binəqədi rayonunda yol qəzası zamanı bir nəfər ölüb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi şossesində baş verib. Belə ki, 1975-ci il təvəllüdlü Allahverdiyeva Zərxanım Ənvər qızı piyada keçidindən keçən zaman “KamAz” markalı yük avtomobili onun üzərindən keçib. Qadın hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh