Hemilton 4-cü dəfə Rusiya Qran-prisinin qalibi olub

Yarışma 29 Sentyabr 2019 17:59 Oxunub 1351
Hemilton 4-cü dəfə Rusiya Qran-prisinin qalibi olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yarışda ikinci yerə onun komanda yoldaşı Valteri Bottas, üçüncü yeri isə "Ferrari"nin pilotu Şarl Lekler tutub

“Mercedes”in pilotu Lüis Hemilton “Formula 1” üzrə Rusiya Qran-prisinin qalibi olub. Bu barədə Avtosfer.az "Report"a istinadən xəbər verir.

Bildirilir ki, yarışda ikinci yerə onun komanda yoldaşı Valteri Bottas, üçüncü yeri isə "Ferrari"nin pilotu Şarl Lekler tutub. Hemilton bununla 4-cü dəfə Rusiya Qran-prisinin qalibi olub. O, bundan əvvəl 2014, 2015 və 2018-ci illərdə Soçi yarışmasının birincisi olub.

Xatırladaq ki, 2019-cu il mövsümündə Azərbaycan Qran-prisi 26-28 apreldə keçirilib və Almaniyanın “Mercedes” komandasının pilotu Valtteri Bottas birinci yeri tutub. 2020-ci ildə Bakıdakı yarış 5–7 iyunda olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh