Yol polisi Sumqayıtda maarifləndirici tədbir keçirib - VİDEO

Yol polisi 30 Sentyabr 2019 08:44 Oxunub 1174
Yol polisi Sumqayıtda maarifləndirici tədbir keçirib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şagirdlər və müəllimlər maarifləndirilib

Məktəblilərin və uşaqların yollarda təhlükəsizliyinin təmin olunması məqsədilə Sumqayıt şəhər 1 nömrəli Uşaq Təlim Tədris Mərkəzində tədbir keçirilib. Avtosfer.az xəbər verir ki, Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə bildirilib ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən Azərbaycanda yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü il Dövlət Proqramına uyğun olaraq məktəblilərə yol hərəkəti qaydalarını izah etmək, yol hərəkəti təhlükəsizliyini aşılamaq öz əksini tapıb. Tədbirdə piyada keçidindən pərakəndə keçən şagirdlər maarifləndirilib, onların bu keçidlərdən istifadə etməsinin zəruriliyi qeyd olunub. Bildirilib ki, şagirdlərə bu istiqamətdə müəllimlər, valideynlər də məlumat verməlidir. Bu həm piyadaların, həm də sürücülərin təhlükəsizliyi üçün vacibdir.

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh