Avtosfer.az | Reklam
Yol polisi məktəblilərə hədiyyələr payladı - FOTO
Yol polisi 30 Sentyabr 2019 12:58 232 dəfə oxunub
Yol polisi məktəblilərə hədiyyələr payladı - FOTO
"Diqqət uşaqlar" aylığı çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi 15 sentyabr -15 oktyabr "Diqqət Uşaqlar" təhlükəsizlik ayı çərçivəsində silsilə tədbirləri davam edir. Avtosfer.az xəbər verir ki, bu gün Bakı şəhəri, Nəsimi rayonu, 266 nömrəli orta məktəbdə növbəti maarifləndirici tədbir keçirilib.

Tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis-polkovniki Vaqif Əsədov iştirak edib.

Şagirdlərə yol hərəkəti qaydaları haqqında məlumat verilib. Valideynlərə və müəllimlərə uşaqların piyada keçidindən istifadə etməsi, yol hərəkəti qaydalarını mənimsəmələrini təbliğ etməsi tövsiyə olunub.

Şagirdlər yol hərəkəti qaydalarından bəhs edən kompazisiya ilə çıxış etdilər.

Fərqlənən məktəblilərə "İnci" firması tərəfindən təqdim edilmiş zəruri məktəbli ləvazimatları hədiyyə olunub. Vaqif Əsədov bu nəcib addıma görə, şirkət rəhbərliyinə təşəkkürünü bildirib.

 

Orxan Əli

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh