Avtosfer.az | Reklam
Sıxışdırılan “Mercedes” dirəyə çırpılıb ikiyə bölündü - VİDEO
Avtosfer TV 8 Oktyabr 2019 21:18 3083 dəfə oxunub
Sıxışdırılan “Mercedes” dirəyə çırpılıb ikiyə bölündü - VİDEO
Qəza nəticəsində 2 azyaşlı xəsarət talıb

Krımda minik avtomobilinin qəzaya uğraması nəticəsində 2 azyaşlı yaralanıb. Avtosfer.az xəbər verir ki, insident Simferopol – Feodosiya avtomagistralının Pervomaysk rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, “Mercedes-Benz” markalı avtomobil yolun hərəkət zolağından çıxara işıq dirəyinə çırpılıb. Toqquşmanın şiddətindən nəqliyyat vasitəsi iki hissəyə bölünüb.

Nəticədə sürücünün yan kreslosunda təhlükəsizlik kəməri bağlanmış 2011-ci il təvəllüdlü iki uşaq yüngül xəsarətlər alıblar və dərhal xəstəxanaya çatdırılıblar. Onların həyatı təhlükəsinin olmadığı deyilir.

Şahidinin sözlərinə görə, qəza, digər hərəkətə olan avtomobilin “Mercedes”i sıxışdırması səbəbindən baş verib və  sürücü hadisə zamanı qaçaraq gizlənib.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh