Lüis Hemilton Mixael Şumaxerə məxsus 18 illik rekodu yeniləyib

Yarışma 30 Sentyabr 2019 13:33 Oxunub 1398
Lüis Hemilton Mixael Şumaxerə məxsus 18 illik rekodu yeniləyib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Karyerasının sonlarında almaniyalı pilotun müəyyənləşdirdiyi orientir 142-yə çatıb

Rusiya Qran-prisini qazanan "Mercedes" pilotu Lüis Hemilton Mixael Şumaxerə məxsus 18 illik rekodu yeniləyib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, 2001-ci ildə keçirilmiş Belçika Qran-prisində Şumaxer Ayrton Sennanı liderlik etdiyi yarış sayında üstələyib. Karyerasının sonlarında almaniyalı pilotun müəyyənləşdirdiyi orientir 142-yə çatıb. Hemilton isə Soçidə qalib gəlməklə, 143-cü dəfə liderliyə müvəffəq olub.

Rusiya Qran-prisindən sonra xallarını 322-yə çatdıran britaniyalı pilot komanda yoldaşı Valtteri Bottasla xal fərqini 73-ə çatdırıb. Üçüncü yerdə Ferrari" pilotu Şarl Lekler 107 xalla qərarlaşıb. Hemiltonun bu mövsüm 9, karyerasında isə 82 qələbəsi var.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh