Bakıda daha bir qəribə yol nişanı - FOTO

Avtosfer TV 30 Sentyabr 2019 13:48 Oxunub 1109
Bakıda daha bir qəribə yol nişanı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Belə olan halda isə 7.2.1 qüvvədə olma zonası nişanının orada olması qaydalara ziddir

Bakıda daha bir qəribə yol nişanı Avtosfer.az-ın kamerasına düşüb. Belə ki, paytaxtın Səməd Vurğun küçəsində (Təzə Bazarın yaxınlığında) 5.11.1 geriyə dönmə nişanı, altında isə 7.2.1 qüvvədə olma zonasını bildirən nişan quraşdırılıb. 
Avtosfer.az xəbər verir ki, qarşıda geriyə dönmək üçün ayrıcı zolağın kəsiyində ayrılmış yer isə 50 metrdən çox azdır. Belə olan halda isə 7.2.1 qüvvədə olma zonası nişanının orada olması qaydalara ziddir. 
Mövcud vəziyyətə uyğun olaraq 5.11.1 geriyə dönmə nişanının altında, 7.1.1 obyektə qədər məsafə nişanı quraşdırılmalıdır.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh