Yol polisi daha bir məktəbdə şagirdlərə hədiyyələr verdi - FOTO

Yol polisi 30 Sentyabr 2019 20:10 Oxunub 1274
Yol polisi daha bir məktəbdə şagirdlərə hədiyyələr verdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Diqqət uşaqlar" aylığı çərçivəsində növbəti tədbir

"Diqqət uşaqlar" aylığı çərçivəsində yol polisi tərəfindən məktəblərdə tədbirlər davam etdirilir. Avtosfer.az xəbər verir ki, silsilə tədbirlərin davamı olaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi 255 saylı orta məktəbdə şagirdlərin və müəllimlərin iştirakı ilə maarifləndirici görüş keçirilib. Tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov, Oriqami Uşaq və Yeniyetmələr İctimai Birliyinin üzvləri, şagirdlər, valideynlər və müəllimlər iştirak ediblər. "Yol hərəkəti təhlükəsizliyi qaydalarının əlifbası" adlı layihə çərçivəsində şagirdlərlə maarifləndirici söhbətlər aparılıb, onlara yol hərəkəti qaydaları barəsində məlumat verilib. Məktəblilərin iştirakı ilə müxtəlif kompazisiyalar nümayiş etdirilib. Polis polkovniki Vaqif Əsədov tərəfindən şagirdlərə müxtəlif hədiyyələr, məktəbli ləvazimatları, yol hərəkəti qaydalarından bəhs edən kitablar təqdim olunub.

 

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh