Qadının uşaq arabası ilə qarşıya keçmə mübarizəsi – VİDEO

Avtosfer TV 1 Oktyabr 2019 10:41 Oxunub 908
Qadının uşaq arabası ilə qarşıya keçmə mübarizəsi – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sonda qadın dik pandusa məğlub olur

Sosial şəbəkə istifadəçiləri qadının uşaq arabası ilə piyada keçidinin pilləkənlərindən yıxıldığı anların görüntülərini yayımlayıblar. Avtosfer.az xəbər verir ki, insident Kazan şəhərinin “Ametevo” metro stansiyası yaxınlığında baş verib. Kadrlarda qadın uşaq arabasını yerüstü piyada keçidinin dik pandusundan necə əziyyətlə hərəkət etdirdiyi görülür. Qarşı tərəfə keçmək mübarizəsi aparan qadın bir müddət sonra əldən düşərək geriyə hərəkət etməyə başlayır. Müvazinətini itirən qadın arabanı əlindən buraxır və içində uşaq olan araba aşır. Videonun sonunda körpənin ağlama səsi də eşidilir. Hadisədə körpənin xəsarət alıb-almaması barədə məlumat verilmir.

 

Namiq Musayev

 

P.S. Bu cür dik panduslar şəhərimizin yerüstü və yeraltı piyada keçidlərində də təşkil olunub. Eyni vəziyyət bizdə də baş verə bilər.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh