DİQQƏT! Bakıda bu 2 prospektin kəsişməsində hərəkət dəyişdirildi - FOTO

Yeniliklər 1 Oktyabr 2019 13:17 Oxunub 3688
DİQQƏT! Bakıda bu 2 prospektin kəsişməsində hərəkət dəyişdirildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolayrıcında hərəkət svetoforlarla nizamlanır

Paytaxt ərazisində yol hərəkətinin təkmilləşdirilməsi və təhlükəsizlik tədbirlərinin artırılması istiqamətində artıq daha bir önəmli layihənin icrası yekunlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, layihə çərçivəsində Z.Bünyadov və M.K.Atatürk prospektlərinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilib. Belə ki, dəyişikliklik nəticəsində artıq Ziya Bünyadov prospekti kənar yol ilə hərəkət edən nəqliyyat vasitələri (Olimpiya stadionu istiqamətində) M.K.Atatürk prospekti ilə kəsişmədə yeni təşkil edilmiş yolayrıcıları hesabına hərəkətlərini birbaşa davam etdirə biləcəklər. Yolayrıcında hərəkət svetoforlarla nizamlanır.

 

Dəyişikliyin üstün cəhətləri

 

bu prospektlərdə yaranan tıxac və sıxlıq hallarının aradan qalxmasına müsbət təsir edir;

piyada təhlükəsizliyi təmin edilir;

sərnişindaşımalarda keyfiyyətin daha da yüksəldilməsinə köməklik göstərir;

nəqliyyat vasitələrinin daha az məsafə qət etməsinə imkan yaradır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh