Yol polisi Yevlaxda reyd keçirib - FOTO

Yol polisi 1 Oktyabr 2019 13:56 Oxunub 1305
Yol polisi Yevlaxda reyd keçirib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qayda pozuntusuna yol verən sürücülər barəsində müvafiq protokollar tərtib edilib

Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən, avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən rayonun Nizami prospekti ərazisində proflaktiki tədbir keçirilib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, tədbir zamanı alkoqollu içki qəbul etmiş vəziyyətdə avtomobil idarə edən, sürücülük hüququ olmadan, manevr və ötmə qaydalarını kobudcasına pozan, avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb. Qayda pozuntusuna yol verən sürücülər barəsində müvafiq protokollar tərtib edilib.

Yollarda sürücülərin və piyadaların təhlükəsizliyinin təmin olunması məqsədini daşıyan belə tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh