"Maşın Şou" 50 minlik maşınla başladı - İştirakçılar kimlərdir? - SİYAHI

Maraqlı 1 Oktyabr 2019 23:05 Oxunub 1740
"Maşın Şou" 50 minlik maşınla başladı - İştirakçılar kimlərdir? - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
18 məşhur dəyəri 50 min manat olan uğrunda mübarizə aparacaq

Ölkənin ən reytinqli  layihəsi olan “Maşın Şou"nun 17-ci sürəti start götürüb. Avtosfer.az xəbər verir ki, Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu şou ATV kanalında canlı olaraq yayımlanır.

Artıq maşın uğrunda mübarizəyə qoşulan ulduzlar səhnəyə dəvət edilir. Onlardan 3 iştirakçının adı açıqlanıb. "Maskarad" adlanan şouda ilk olaraq səhnəyə dəvət edilən müğənni Ayan Babakişiyeva, meyxanaçı Aqşin Fateh və müğənni Kərim Abbasov dəvət ediliblər.

İkinci üçlük isə aparıcı, Kəmalə Piriyeva, aşıq Namiq Fərhadoğlu və müğənni Bilal Əliyev oldu.

Qeyd edək ki, 18 məşhur dəyəri 50 min manat olan “Opel” markalı avtomobil uğrunda mübarizə aparacaq. Onlarda kimin güclü, kimin zəif olduğunu isə yaxın günlərdə biləcəyik.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh