Polis həmişə vətəndaşın köməyindədir - FOTO

Xəbərlər 2 Oktyabr 2019 14:29 Oxunub 1814
Polis həmişə vətəndaşın köməyindədir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Quba RPŞ-nə müraciət edən vətəndaş diqqət və qayğı ilə qarşılanıb

Vətəndaş məmnunluğunun təmini və onları narahat edən məsələlərin tez bir zamanda həlli daxili işlər orqanlarının diqqət mərkəzindədir. Hər zaman xalqımıza arxa-dayaq olan polislərimiz onların rastlaşdığı problemlərin həllində bütün köməklikləri göstəriblər.
Belə bir çətinliklərlə rastlaşan vətəndaşlardan biri də Quba rayon sakini Ruhiyyə Abbasovadır. O, 2008-ci ildə törətdiyi cinayət hadisəsinə görə 13 il azadlıqlan məhrum edilib. Cəzasının on il on ayını çəkdikdən sonra dövlət başçısı tərəfindən imzalanan əfv fərmanı ilə azadlığa çıxıb. Lakin həbsxana həyatından sonra yaşadığı evə qeydiyyata düşmək istəsə də həmin evin müvafiq sənədləri olmadığı üçün çətinliklərlə üzləşib.
Qarşılaşdığı problemlərə görə Quba RPŞ-nə müraciət edən R.Abbasova burada diqqət və qayğı ilə qarşılanıb. Onu narahat edən məsələnin həll olunması üçün müvafiq tədbirlər görülüb və tezliklə qeydiyyata alınaraq yeni şəxsiyyət vəsiqəsi ilə təmin olunub. Sonra polis əməkdaşları tərəfindən xanımın yaşadığı evə baş çəkilib, yaşayış şəraiti və onu narahat edən digər məsələlər araşdırılaraq həll olunması istiqamətində müvafiq tapşırıqlar verilib.
Ruhiyyə Abbasova Quba Rayon Polis Şöbəsi tərəfindən ona göstərilən diqqət və qayğıya, eləcə də rastlaşdığı problemlərin həllində göstərdikləri köməkliyə görə Quba RPŞ-nin şəxsi heyətinə minnətdarlığını bildirib.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh