Hibrid avtomobil sürənlərə şad xəbər - Toyota Abşeron Mərkəzində - FOTO

Avtoxəbər 4 Oktyabr 2019 12:48 Oxunub 2167
Hibrid avtomobil sürənlərə şad xəbər - Toyota Abşeron Mərkəzində - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Toyota Abşeron Mərkəzində hibrid avtomobillərə peşəkar servis fəaliyyət göstəror

Həm ekologiya dostu, həm də qənaətcil hibrid avtomobillər dövrün yüksələn trendi hesab olunur və bu trend Azərbaycandan da yan keçməyib. Son illərdə ölkəmizə gətirilən hibrid avtomobillərin sayı artmaqdadır. Lakin yeni istiqamət olduğu üçün bununla bağlı hələ ki, bir sıra çətinliklər də yaşanır. Alınan hibrid avtomobillərin arasında ikinci əl və ya müxtəlif xüsusi servis kampaniyalardan keçməyənləri də olur. Əsas məsələ isə problemi olan hibrid avtomobilləri təmir edə biləcək təcrübəli ustaların azlığıdır.  
Toyota-nın Azərbaycanda rəsmi dileri Toyota Abşeron Mərkəzi məhz bu tələbatı nəzərə alaraq hibrid Toyota sahiblərinə tamamilə peşəkar servis təklif edir. Toyota Abşeronda sırf bu sahə üzrə xüsusi təlimlərdən keçərək sertifikatlar əldə etmiş ustalar xidmət göstərir. Onlar avtomobilin problemini savadlı şəkildə təyin edə və təmirini peşəkarlıqla həyata keçirə bilirlər. Yalnız Toyota Abşeronda olan şəffaf salon konsepsiyası isə bütün təmir prosesi izləməyə şərait yaradır. Üstəlik, Toyota Abşeron Mərkəzi bütün xüsusi servis kampaniyaları da Toyota standartlarına uyğun olaraq gerçəkləşdirəcək. 
Beləliklə, hibrid Toyota sahibləri avtomobillərini arxayınlıqla idarə edə bilərlər, hibridə keçməyi planlaşdıranlar isə gələcəkdə təmirə görə narahat olmadan hibrid Toyota ala bilərlər. 

 

Ətraflı məlumat üçün:
Tel.: +994 12 349 00 60 / *0110
Email: [email protected]
Web: www.toyota-absheron.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh