Avtomobil almaq istəyənlərin DİQQƏTİNƏ! - Qiymətlər UCUZLAŞACAQ

Avtobazar 2 Oktyabr 2019 23:04 Oxunub 3212
Avtomobil almaq istəyənlərin DİQQƏTİNƏ! - Qiymətlər UCUZLAŞACAQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda qiymətlər əvvəlki vəziyyətinə qayıdıb

“Hazırda maşın bazarında qiymət artımı müşahidə olunmur". Bu fikri Redaktor.az-a açıqlamasında Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı maşın bazarında avtomobillərin hazırkı qiymət durumunu şərh edərkən deyib. Onun sözlərinə görə, qiymətlər yay aylarıyla müqayisədə ucuzlaşıb: "Yay mövsümündə bazarda təklif 30 faizə qədər azalır. Bu səbəbdən də yayda qiymətlər artır. Mövsüm başa çatdığına görə qiymətlərin yenidən stabilləşməsi müşahidə olunur. Yayda 5 faizlik qiymət artımı var idisə, hazırda qiymətlər əvvəlki vəziyyətinə qayıdıb".

R. Osmanlı əlavə edib ki, avtomobilllərin qiyməti daha da azalacaq:

“Hətta yay mövsümündə artan qiymətlərin əvvəlki vəziyyətinə nisbətən ucuzlaşma var. İlin sonuna kimi qiymət azalmaları davam edəcək”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh