Yol polisi tərəfindən uşaqlar üçün növbəti yarış təşkil olunub - FOTO

Yol polisi 2 Oktyabr 2019 16:19 Oxunub 1762
Yol polisi tərəfindən uşaqlar üçün növbəti yarış təşkil olunub - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tədbir 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində keçirilib

Baş DYP İdarəsi və Bakı şəhər DYPİ «Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı»nın məqsədlərinə uyğun olaraq, eləcə də Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişinə əsasən, cari ilin sentyabr ayının 15-dən etibarən respublika ərazisində “Diqqət, uşaqlar” adı altında təhlükəsizlik aylığı keçirir.

Avtosfer.az xəbər verir ki, aylıq çərçivəsində yol hərəkəti qaydalarının təbliğinə həsr olunmuş növbəti tədbir 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində keçirilib.

Yarış formasında keçirilən tədbirdə əsas məqsəd, yol hərəkəti təhlükəsizliyinin təbliği ilə bağlı təhsil müəssisələrində aparılan maarifləndirmə işlərini daha da gücləndirmək, eyni zamanda bu işdə uşaq və yeniyetmələri aktiv iştirakçılığa cəlb olunmasıdır.

Tədbirdə, mərkəzin mütəxəssisləri ilə yanaşı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin və Bakı şəhər DYP-nin ictimai qurumlarla əlaqə xidmətinin əməkdaşları, habelə ekspert qismində E.Muradlı iştirak edib.

Üç komandanın iştirak etdiyi yarışda iştirakçıların yol hərəkəti qaydaları mövzüsunda nəzəri və praktiki çalışmalar yerinə yetirmələri, həmin mövzuda rəsm çəkmələri nəzərdə tutulub.

Eyni zamanda yarışda küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması və yol hərəkəti qaydalarının öyrənilməsinə həsr olunmuş açıq dərs keçirilib. Dərs müddətində aparılan müzakirələr uşaqlar tərəfindən böyük maraqla qarşılanmış, onların yol hərəkəti qaydaları ilə bağlı sualları cavablandırılıb.

Tədbirin sonunda yarışın qalibləri müəyyən olunmuş və onlar Baş DYP İdarəsi tərəfindən diplomlar və hədiyələrlə təltif edilib.

Qeyd edək ki, yeni dərs ilinin başlanması ərəfəsində Baş DYP İdarəsi tərəfindən 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin ərazisində mövcud olan avtoşəhərçikdə yeni nişanlanma xəttləri çəkilmiş, yol nişanları qoyulmuş, köhnələri isə yeniləri ilə əvəzlənib.

Bununla yanaşı, yarışın keçirilməsi üçün Baş DYP İdarəsi tərəfindən 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinə lazımi əşyalar və velosipedlər hədiyyə edilib.

Yarışın sonunda mərkəzin əməkdaşları , uşaqlar və valideynlər göstərilən diqqət və qayğıya görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh