BNA sürücüləri mükafatlandırdı - FOTO

Yeniliklər 2 Oktyabr 2019 16:26 Oxunub 1877
BNA sürücüləri mükafatlandırdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
43 nəfər sürücü qiymətli hədiyyələrlə mükafatlandırılıb

Bakı Nəqliyyat Agentliyinin tabeliyində fəaliyyət göstərən "BakuBus” MMC-nin 5 illik yubileyi münasibətilə səmərəli və qüsursuz əmək fəaliyyətində fərqlənən bir qrup sürücü mükafatlandırılıb.

Avtosfer.az xəbər verir ki, tədbirdə son illər Bakı şəhəri üzrə nəqliyyat sahəsində əldə olunan uğurlardan danışılıb, nailiyyətlərin qazanılmasında Bakı Nəqliyyat Agentliyinin xüsusi rolunun olduğu vurğulanıb. Qeyd olunub ki, fəaliyyətə başladığı ilk gündən sərnişinlərin təhlükəsizliyini, rahatlığını, eyni zamanda sərnişin-sürücü münasibətlərindəki xoşagəlməz məqamlara son qoymağı əsas fəaliyyət istiqaməti seçən, peşəkar sürücülərin hazırlanması və onların sınaqdan keçirilməsində ən müasir standartalara əsaslanıb. Həmçinin, bu işdə sürücülərin əməyi yüksək qiymətləndirib və onlara yeni uğurlar arzulanıb. Sonda fəaliyyətləri zamanı nümunəvi xidmət göstərən 43 nəfər sürücü qiymətli hədiyyələrlə mükafatlandırılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh