Sürücülər yollarda nişanların çoxluğundan şikayətlənir - VİDEO

Yazarlar 2 Oktyabr 2019 20:33 Oxunub 1326
Sürücülər yollarda nişanların çoxluğundan şikayətlənir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülər onlar barəsində tərtib edilən protokoldan narazıdırsa bu barədə Agentliyə müraciət edə bilərlər

Sürücülər əksər yollarda dayanma və durmanı qadağan edən nişanların çoxluğundan şikayətlənirlər. Son vaxtlar sosial şəbəkələrdə bu kimi problemlər tez-tez paylaşılır. Bakı Nəqliyyat Agentliyi qaydanı pozan sürücülər barəsində cərimə tətbiq edir. Xüsusəndə taksi sürücüləri iddia edirlər ki, həmin nişan olan ərazidəaz müddətə dayanıb sərnişin düşürərkən belə dərhal cərimə olunurlar. Məsələyə Bakı Nəqliyyat Agentliyindən də münasibət bildirilib.

Sürücülər paytaxt küçələrinin bir çox ərazilərində dayanma və durmanı qadağan edən nişanların çoxluğundan şikayyətçidirlər. Bununla yanaşı,son vaxtlar sosial şəbəklərdə də bu kimi şikayyətlərə tez-tez rast gəlinir.

Xüsusəndə taksi fəaliyyəti ilə məşğul olan sürücülər sərnişinləri bir yerdən götürüb digər bir ünvanda düşürən zaman onlar barəsində 20 manat miqdarında cərimə yazıldığını deyirlər.Bir sözlə sürücülər yollara qurşadırılan bu nişanın çoxluğundan gileylənirlər.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, qanunvericilikdə elə bir tələb yoxdur ki, hər bir yerdə parklanma üçün şərait yaradılmalıdır. Qurum rəsmisi bildirdi ki, Agentliyinə bu sahədə səlahiyyət verilənə qədər də paytaxt küçələrində dayanma və durmanı qadağan edən nişanlar mövcud olub.

Məsələn paytaxtın mərkəzi küçələrindən olan Rəşid Behbudov və Bülbül prospektində dayanma və durmanı qadağan edən nişanlarda da dəyişikliklər edilib. Mais Ağayev bu tədbirlərin bundan sonrada davam etdiriləcəyini bildirdi.

Onun sözlərinə görə əgər sürücülər onlar barəsində tərtib edilən protokoldan narazıdırsa bu barədə Agentliyə müraciət edə bilərlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh