Sürücülük vəsiqələri telefonlarda olacaq- YENİLİK

Yeniliklər 3 Oktyabr 2019 10:28 Oxunub 2229
Sürücülük vəsiqələri telefonlarda olacaq- YENİLİK
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elektron vəsiqələr hazırkı sürücülük vəsiqələrinin alternativi olacaq

Rusiyada elektron sürücülük vəsiqələrinin verilməsi təşəbbüsü nəzərdən keçirilir. Trend-in məlumatına görə, bunu Rusiya Dövlət Avtomobil Müfəttişliyinin rəhbəri Mixail Çernikov deyib.

O bildirib ki, təşəbbüsə əsasən, sürücülük vəsiqələrinin elektron versiyasının yaradılması və onların smartfonlara inteqrasiya edilməsi üzərində işlər başlayıb.

Qeyd olunur ki, elektron vəsiqələr hazırkı sürücülük vəsiqələrinin alternativi olacaq.

Bununla belə, elektron sürücülük vəsiqələrinin nə vaxtdan qüvvəyə minəcəyi barədə dəqiq məlumat verilməyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh