Bakının Zərgərpalan küçəsində təmir işləri başa çatıb - FOTO

Yeniliklər 3 Oktyabr 2019 14:59 Oxunub 1231
Bakının Zərgərpalan küçəsində təmir işləri başa çatıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təmir işləri küçənin 750 metrlik hissəsini əhatə edib.

Yasamal rayonu, Zərgərpalan küçəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən aparılan təmir işləri yekunlaşıb.

Dövlət Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, təmir işləri küçənin 750 metrlik hissəsini əhatə edib.

Hərəkət hissəsinin eni ortalama 6 metr olan küçə boyu aparılan təmir işləri çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, köhnə səki daşları sökülüb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri bərpa olunub.

Vətəndaşların rahat və təhlükəsiz şəkildə küçənin kənarı ilə hərəkətini təmin etmək məqsədi ilə, küçə boyu hər iki tərəfdə piyada səkiləri bərpa olunub, kənarlarına 1500 paqon-metr yeni səki daşları düzülüb.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Asfaltlanma işləri ümumilikdə 5 min kv.m-ə yaxın sahəni əhatə edib.

Bundan başqa, aparılan təmir-tikinti işləri zamanı kommunikasiya xətlərinin dəmir-beton plitələri layihə hündürlüyünə qaldırılıb, baxış qapaqları yenilənib.

İşlərin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə yol qısa müddət ərzində yenidən vətəndaşların istifadəsinə verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh