2019-cu il Azərbaycan Qran-prisini izləyənlərin sayı açıqlanıb

Yarışma 3 Oktyabr 2019 15:19 Oxunub 1285
2019-cu il Azərbaycan Qran-prisini izləyənlərin sayı açıqlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qran-prini 90 milyon nəfər izləyib

"Formula 1" üzrə 2019-cu il Azərbaycan Qran-prisini 90 milyon nəfər izləyib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib.

Arpadarainin sözlərinə görə, bu, ötən mövsümlə müqayisədə 10 faiz çoxdur. Arpadarai deyib ki, dünya üzrə 2019-cu ildə Bakıda keçirilən yarışla bağlı 37 mindən çox xəbər dərc olunub və bu məlumatların media dəyəri 131 milyon dollar təşkil edir.

Qurum rəsmisi 2019-cu il mövsümündə Azərbaycan Qran-prisində 13 min işçi qüvvəsinin çalışdığını da vurğulayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh