"Kor görünüş" nədir? - Yük maşınları ilə toqquşma necə baş verir? - VİDEO

Avtosfer TV 3 Oktyabr 2019 18:17 Oxunub 1661
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü, görünüş əhatəsindən kənarda olan maneəni görmür və yol nəqliyyat hadisələri baş verir

Baş verən yol nəqliyyat hadisələrində yük avtomobillərinin də iştirak etdiyinin şahidi oluruq. Avtosfer.az bildirir ki, yük avtomobillərinin hündürlüyü minik avtomobillərinə nisbətdə yer səthindən kifayət qədər aralı olduğu üçün, həmin avtomobillərdə görünmə bucağı məhdud olur. Yəni yük avtomobilinin sürücüləri manevr edən zaman və yaxud minik avtomobilləri yük avtomobillərinin zolağına yerdəyişmə edən zaman, sürücü, görünüş əhatəsindən kənarda olan maneəni görmür və yol nəqliyyat hadisələri baş verir. 
Bu cür halların baş verməməsinə görə sürücülərə tövsiyə edirik ki, manevr edən zaman və yaxud qonşu zolaqlardakı avtomobillərlə yanaşı gedən zaman zolaqlar arasındakı intervala ciddi şəkildə diqqət etsinlər.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh