Bakıda alıcılar daha çox hansı avtomobillərə üstünlük verirlər?

Avtobazar 3 Oktyabr 2019 18:26 Oxunub 1699
Bakıda alıcılar daha çox hansı avtomobillərə üstünlük verirlər?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
200 min manata yaxın və ondan da bahalı olan modelləri var, amma alıcıları da var

"Bakıda alıcılar daha çox hansı avtomobillərə üstünlü avtomobil bazarında hazırda vəziyyət stabildir, satışlarda heç bir artım və ya azalma müşahidə olunmur"

Bu fikirləri Bakucity.az-a nəqliyyat eksperti Elməddin Muradlı deyib. 

Ekspert bazarda qiymətlərin nisbətən ucuzlaşdığını diqqətə çatdırıb.

“Ucuzlaşma daha çox ikinci əl və dizel mühərrikli avtomobillərin qiymətində müşahidə edilir. Son zamanlar dizel mühərrikli avtomobillərin ölkəyə gətirilməsi də sürətlənib. Buna səbəb isə bu cür avtomobillərə təlabatın yaranmasıdır. Yanacağın baha, sərfiyyatın çox, keyfiyyətin isə aşağı səviyyədə olması sürücüləri bu istiqamətdə düşünməyə vadar edir. 

Taksi xidməti ilə məşğul olanların sayı da artır. Onlar qarşıya qoyulan tələblərə uyğun olaraq daha komfortlu avtomobil alıb taksi fəaliyyəti ilə məşğul olmaq istəyirlər. Bu səbəbdən qismən yeni avtomobillərə üstünlük verirlər. Bu da onlar üçün əlverişli olsun deyə dizel mühərrikli avtomobillərin sayının artmasına gətirib çıxarır. Hazırda bu tipli avtomobillər bazarda daha çox satılır. Yəni, mühərriyin gücü aşağı olan, eləcə də, dizellə çalışan avtomobillər daha çox dövriyyə edir. Daha çox alınıb-satılanlar sırasında kiçik mühərrikli avtomobillər də var”. 

Ekspert həmçinin bildirib ki, hibrid avtomobillər bazarda geniş yayılmağa başlayıb. 

“Xüsusilə də “Tayota Prius” modelləri. Əvvəllər ölkəmizə daha köhnə model “Tayota Prius” modelləri gətirilirdisə, artıq 2010-cu ildən sonra istehsal olunan modellərə üstünlük verilir. Qiymətlər isə o qədər də ucuz deyil, təxminən 15-20 min manat arasında dəyişir. Söhbət yaxşı hibridlərdən gedir.

Alıcılar arasında maraq göstərənlər çoxdur, amma hələ risk edib onu almağı düşünənlər azdır. O da ola bilsin ki, bu servis xidməti və digər məsələlərlə bağlıdır. Ancaq ümid edirəm ki, zamanla bu avtomobillərə keçid daha da sürətlənəcək. Ona görə ki, bu avtomobillər ətraf-mühitin qorunması və büdcəyə qənaət edilməsi baxımından dizel mühərrikli avtomobillərə nisbətən daha sərfəli, daha lazımlıdır”.

 

E. Muradlının sözlərinə görə, Bakıda baha satılanlar arasında ən son model avtomobil bu yaxınlarda təqdim olunan “Rolls-Royce Phantom” avtomobilidir. 

Ekspert bildirib ki, bu avtomobildən təxminən 25-30 ədəd daha istehsal olunacaq və istehsal dayandırılacaq. 

“Bu avtomobillərdən biri Bakıda təqdim olundu, kifayət qədər bahalı avtomobildir. Bildiyim qədərilə bu avtomobilin 2 milyon manata yaxın dəyəri  var. 

Digər markalardan da yeni modellər var. Məsələn, “Jaguar”, “Land Rover”in təzə modelləri təqdim olunub. Bundan əlavə “Lexus”, “Range Rover” avtomobillər var ki, öz yeni modellərini Azərbaycanda təqdim edib və çox da maraqla qarşılanıblar. Biz hətta sayının get-gedə çoxaldığını da müşahidə edirik. Alıcılar var. Baxmayaraq ki, kifayət qədər bahadır - 200 min manata yaxın və ondan da bahalı olan modelləri var, amma alıcıları da var”. 

E. Muradlı həmçinin bildirib ki, daha çox alınan yeni və ucuz avtomobillər sırasında taksi xidməti üçün daha əlverişli olduğuna görə “Daewo Nexia” və “Ravon Nexia”lar dayanır:

“Chevrolet”in kiçik mühərrikli avtomobilləri də yaxşı satılır. “Opel”in də kiçik tutumlu avtomobillərinə üstünlük verilir. “Honda”nın və “Mitsubishi”nin təzə modelləri gəlib ki, onlara da kifayət qədər sərfəli qiymətlər qoyulub”. 

Ekspert hesab edir ki, ölkədə avtomobil parkının tam olaraq yeniləmək, daha təhlükəsiz və daha yeni avtomobillərə keçid etmək üçün gömrük rüsumlarına bir daha baxılmalıdır. Bu olarsa, adı çəkilən bütün avtomobil modellərini daha ucuz qiymətə almaq mümkün olar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh