7 yaşlı oğlan dostu ilə qaçırdığı maşınla qəza törətdi - VİDEO

Avtosfer TV 4 Oktyabr 2019 07:27 Oxunub 1486
7 yaşlı oğlan dostu ilə qaçırdığı maşınla qəza törətdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzadan sonra uşaq o qədər qorxub ki, “Qazel” sürücüsündən onları evə aparmasını istəyib

Rusiyanın Altay əyalətində 7 yaşlı oğlan valideynlərinin avtomobilini qaçıraraq qəza törədib. Avtosfer.az xəbər verir ki, insident bir neçə gün əvvəl Rubçovsky şəhərində qeydə alınıb.

Məlumata görə, oğlan evdən açarları icazəsiz götürərək 9 yaşlı dostu ilə “BMW” markalı avtomobili qaçıraraq gəzintiyə çıxıblar. Trasa çıxan uşaqlar manevr edən zaman, “Qazel” markalı yük maşını onların olduğu “BMW”ni arxa yan hissədən vurub.

Bildirilir ki, hadisə nəticəsində kimsə xəsarət almayıb.

Ancaq qayda pozan uşaq o qədər qorxub ki, “Qazel” sürücüsündən onları evə aparmasını istəyib.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh