Avtomobil bazarında qiymətlər əl yandırır - VİDEOREPORTAJ

Avtobazar 4 Oktyabr 2019 11:43 Oxunub 1486
Avtomobil bazarında qiymətlər əl yandırır - VİDEOREPORTAJ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Satıcıların sözlərinə görə bazarda uzun müddətdir alıcı qıtlığı yaşanır

Azərbaycanda avtomobil bazarında durğunluq davam edir. Avtosfer.az xəbər verir ki, bu, "Report"un Badamdar qəsəbəsi ərazisində yerləşən avtomobil bazarında apardığı araşdırmadan məlum olub. Bazardakı alıclıarın əksəriyyəti ucuz qiymətə olan avtomobillər və "Mercedes" modelləri axtardıqlarını bildiriblər.

Elə satıcılar da bazarda daha çox Rusiya istehsalı olan avtomobillərin və qiyməti 12-13 min manatdan aşağı olan "inomarka"ların satıldığını qeyd ediblər. Bildirilib ki, "İnomarka"ların içində daha çox tələbat qiyməti 8-9 min manat olan və 1994-1995-ci illərdə istehsal edilmiş "Mercedes" modelləridir.

Satıcıların sözlərinə görə bazarda uzun müddətdir alıcı qıtlığı yaşanır. Alıcıların isə şikayəti qiymətlərin xeyli baha olmasındandır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh