Heroin qəbul edərək ölümə səbəb olan avtobus sürücüsünə 6 il yarım iş kəsildi - Şikayət etdi

Qaydalar 4 Oktyabr 2019 12:15 Oxunub 1288
Heroin qəbul edərək ölümə səbəb olan avtobus sürücüsünə 6 il yarım iş kəsildi - Şikayət etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib

Bakı Apellyasiya Məhkəməsində ölümlə nəticələnən qəza törətməkdə təqsirli bilinən Pərviz Quliyevin apellyasiya şikayətinə baxılıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib, P.Quliyev barəsindəki hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Məhkəmənin hökmü ilə Pərviz Quliyev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmündə göstərilir ki, Pərviz Quliyev qəzanı törədən zaman narkotik vasitənin təsiri altında olub. O, işə çıxmadan əvvəl heroin qəbul edib. Hadisə ötən il sentyabrın 15-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində baş verib. Bakı şəhər sakini Pərviz Quliyev idarə etdiyi “Daewoo” markalı, 185 saylı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Miqdat Kuxmazovu vurub. Xəstəxanaya yerləşdirilən piyada sentyabrın 22-də orada ölüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh