Avtosfer.az | Reklam
“Protiv” girən yük maşını ağır qəzaya səbəb oldu: 2 ölü, 3 yaralı - FOTO
Qəzalar 4 Oktyabr 2019 14:53 2906 dəfə oxunub
“Protiv” girən yük maşını ağır qəzaya səbəb oldu: 2 ölü, 3 yaralı - FOTO
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır

Krımda üç nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident səhər saatlarında “Tavrida” trasının Rusakova kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, “Renault Magnum” markalı yük maşını hərəkətin əks istiqamətinə çıxaraq əvvəlcə “Qazel”lə sonra da “Chevrolet” markalı avtomobillə toqquşub. Qəzanın şiddətindən hər üç maşın deformasiyaya uğrayıb. Nəticədə 2 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb. Ətrafdakı insanların çağırışı ilə hadisə yerinə səhiyyə, polis və xilasetmə briqadları gəlib. Yaralılar "təcili tibbi yardım" maşınları ilə ərazidə yerləşən xəstəxanalara çatdırılıblar

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

 

Namiq Musayev

 

 

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh