Şəki DYP "Diqqət uşaqlar" aylığını davam etdirir - FOTO

Yol polisi 4 Oktyabr 2019 21:52 Oxunub 1316
Şəki DYP "Diqqət uşaqlar" aylığını davam etdirir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Növbəti tədbir keçirilib

Respublikamızın ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması ilə əlaqədar küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüksək olduğu bir şəraitdə məktəblilərin təhlükəsizliyinin təmin edilməsi, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması vacib məsələ kimi qarşıda durur.

Daxili İşlər Nazirliyinin rəhbərliyinin və yerlərdəki müvafiq qurumların bu sahəyə xüsusi diqqət yetirmələri nəticəsində ölkədə nəqliyyat vasitələri sayının ilbəil artması fonunda yol-nəqliyyat hadisələrinin və qəzalarda ölənlərin sayının azalmasına baxmayaraq, 2019-cu ilin 8 ayı (yanvar-avqust) ərzində respublika ərazisində uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində xeyli azyaşlının həlak olması və xəsarət alması ciddi narahatlıq doğurur.

Bu səbəbdən uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılması məqsədi ilə Daxili İşlər Nazirliyinin 28 avqust 2019-cu il tarixli müvafiq göstərişinə əsasən 2019-cu ilin sentyabr ayının 15-dən, oktyabr ayının 15-dək respublika ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir.

Şəki Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru polis baş leytenantı Tural Niftalıyev 2019-cu ilin sentyabr ayının 15-dən, oktyabr ayının 15-dək respublika ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığının keçirilməsi barədə məktəblilərin maarifləndirilməsi, eləcə də onlara “Piyadanın vəzifələri”nin öyrədilməsi məqsədilə 03 oktyabr 2019-cu il tarixdə Şəki şəhəri 17 saylı tam orta məktəbdə, 04 oktyabr 2019-cu il tarixdə isə Şəki şəhəri 14 saylı tam orta məktəbdə tədbir keçirib.

Tədbir zamanı, şagirdlərə küçə hərəkəti qaydaları barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb və hər birinə “Piyadanın vəzifələri” yazılmış vərəqələr paylanıb.

Tədbirin yekununda, “Yol Hərəkət Qaydalarına Əməl Edək-Qəzalardan Uzaq Olaq” şüarı səsləndirilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh