Qadın sürücü avtodayanacağın girişində avtomobilini aşırtdı - VİDEO

Avtosfer TV 5 Oktyabr 2019 07:22 Oxunub 1265
Qadın sürücü avtodayanacağın girişində avtomobilini aşırtdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, səhvən əyləci yerinə qaza sıxıb

İstanbulda alış-veriş mərkəzinə gələn müştəri avtomobilini aşırıb. Avtosfer.az xəbər verir ki, insident Başakşəhər rayonunda yerləşən ticarət mərkəzlərinin birində qeydə alınıb.

Məlumata görə, xanım sürücü avtomobili ilə ticarət mərkəzinə gəlib. Maşınını dayanacaqda park etmək istəyən sürücü girişdə dayanmaq istəyib, lakin səhvən əyləci yerinə qaza sıxıb və idarəetmədən çıxan avtomobil beton arakəsməyə çırpılaraq aşıb. Qəzanı görən ticarət mərkəzinin təhlükəsizlik əməkdaşı və ətrafdakı insanlar dərhal qadının köməyinə gələrək vəziyyəti səhiyyə işçilərinə bildiriblər. Avtomobilin içərisindən çıxarılan bəxtsiz qadına ilkin tibbi yadım, hadisə yerinə gələn ambulansda göstərilib.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh