25 yaşlı Duyğu 2-ci mərtəbədən “Fiat”ın üzərinə düşdü: vəziyyəti ağırdır - VİDEO

Avtosfer TV 5 Oktyabr 2019 16:28 Oxunub 1034
25 yaşlı Duyğu 2-ci mərtəbədən “Fiat”ın üzərinə düşdü: vəziyyəti ağırdır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb

Türkiyənin Adana vilayətində gənc qız 2-ci qatdan avtomobilin üzərinə düşüb. Avtosfer.az xəbər verir ki, insident bu gün saat 05.00 radələrində Seyhan rayonunun Yaşılyurd məhəlləsində qeydə alınıb.

Məlumata görə, 4 mərtəbəli binanın 2-ci qatında dostu ilə birlikdə yaşayan 25 yaşlı Duyğu G., naməlum səbəblərdən pəncərədən, park edilmiş “Fiat Tipo” markalı avtomobilin üzərinə düşüb.

Gurultuya oyanıb, aşağı baxdıqlarında yerdə uzanan Duyğunu görən bina sakinləri, polis və səhiyyə briqadalarına  xəbər veriblər.

Ağır xəsarətlər alan Duyğu ambulansla xəstəxanaya çatdırılıb. Müalicəyə götürülən gənc qızın vəziyyətinin ağır olduğu bildirilib.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh