Azərbaycanda DYP-nin «şedevr» yol nişanı - FOTO

Xəbərlər 27 Aprel 2015 10:34 Oxunub 2907
Azərbaycanda DYP-nin «şedevr» yol nişanı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir-birinə alternativ olan yol nişanlarını eyni vaxtda tətbiq edib sürücüləri cərimələyirlər

Ölkəmizdə yol hərəkətinin təşkilində, nişanların tətbiqində müxtəlif problemlər mövcuddur. Amma oxucularımızdan birinin Şirvan şəhərindən, daha dəqiq desək, Şirvandan Sabirabad istiqamətindəki yolda çəkib Avtosfer.az-a gördərdiyi bu nişanı əsl «şedevr» adlandırmaq olar.

Sizə təqdim etdiyimiz şəkildə yanaşı qoyulan 2.4 və 2.5 nişanlarını görürsünüz. Hər kəs gözəl bilir ki, bu nişanlar bir-birinin alternatividir. Sadəcə olaraq, yolların kəsişdiyi yerdə görünmə 50 metrdən az olduqda 2.5, normal görünmə olanda 2.4 nişanı qoyulur. Bu nişanları eyni yerdə qoymaq atın belinə əvvəl uzunqulaq palanı, üstündən isə yəhər qoymaq kimi gülməli (bəlkə də ağlamalı) bir hərəkətdir.

Fotoda bunlardan hər hansı birinin müvəqqəti xarakterli olduğuna dair də heç nə görünmür. Amma hətta onlardan hər hansı birini müvəqqəti qoymaq zərurəti olarsa, sadəcə 5 dəqiqəyə 2 ədəd boltu açaraq daimi nişanı çıxarıb, yerinə müvəqqətini bağlamaq da olar.

Ümid edirik ki, oxucumuz Fərid Babayev çəkib bizə göndərdiyi foto ilə bağlı müvafiq tədbirlər görüləck. Fərid Babayev deyir ki, həmin ərazidə sol tərəfdə kamera var. Qarşıdakı DYP postunda oturub həmin kamera ilə yola nəzarət edirlər. Posta çatanda isə məhz «Stop» nişanına görə sürücüləri saxlayıb cərimə yazırlar.

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh