Avtosfer.az | Reklam
Aqşin məşhurlarla davaya qalxdı, “razborka”ya Bayram da qarışdı – VİDEO
Maraqlı 5 Oktyabr 2019 22:04 3480 dəfə oxunub
Aqşin məşhurlarla davaya qalxdı, “razborka”ya Bayram da qarışdı – VİDEO
"Mən inanıram ki, sən bu gün çoxunun gözündən düşdün. Xalq səni belə tanımırdı"

Dünən "Maşın” şouda yenə gərgin anlar yaşanıb. 

Avtosfer.az yeni sabah-aistinadla xəbər verir ki, yarışmada iştirakçılar arasında mübahisə düşüb. Meyxanaçı Aqşin Fateh müğənni Nazim Pişiyarinin (Faytonçu) bütün oyun planlarını, gizli söhbətlərini açıb və bu da onlar arasında gərginliyə səbəb olub. A. Fateh ona "qışqırma” deyən ifaçıya "Ağıllı ol, buranın çölü də var” deyərək cavab verib. 

Həmçinin Aqşin aktyor Məcid Hüseynovla da söz savaşına çıxıb və aralarında gərginlik yaşanıb.

Onların mübahisəsinə tanınmış ekstrassens Bayram Nurludan da reaksiya gəlib. O, meyxanaçını hiylə etməkdə ittiham edib:

"Aqşin sabah səsverməyə çıxsa, özümdən də, dostlarımdan da  getməsinə səs göndərəcəm. Altdan-altdan gedirsən, ciddi deyilsən, özünü elə göstərməyə çalışırsan...Bizə yox. Sən orada camaatla nə kobud-kobud danışırsan? Sən inan ki, bu şoudan sonra sənin mahnıların sevilməyəcək. Dünən danışardın bunları. Qruplaşman dağıldı. Mən inanıram ki, sən bu gün çoxunun gözündən düşdün. Xalq səni belə tanımırdı. Mən səni heç ciddi qəbul etmirəm, çox sünisən və özünü hörmətdən salırsan”. 

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh