Avtosfer.az | Reklam
Təqib zamanı suya düşən polisləri narkotik alverçiləri xilas etdi - polislər xilaskarlarını həbs etdi
Maraqlı 5 Oktyabr 2019 23:53 205 dəfə oxunub
Təqib zamanı suya düşən polisləri narkotik alverçiləri xilas etdi - polislər xilaskarlarını həbs etdi
Yekunda xilas olunan polislər qayıqda üç ton həşiş aşkarlayaraq xilaskarlarını həbs edib

İspaniyada narkotik vasitə alverçiləri qayıqları toqquşduqdan sonra suya düşən Mülki Qvardiyanın əməkdaşlarının köməyinə yetişib.

 

AZƏRTAC Europa Press agentliyinə istinadla xəbər verir ki, polis Malaqa əyaləti sahillərində cinayətkarların həbs olunması üzrə əməliyyat keçirirmiş. Hüquq-mühafizə orqanları narkotik vasitələrin daşınmasında şübhəli bilinən dörd nəfərin qaçmağa çalışdığı kateri təqib etməyə başlayıb. Lakin təqib qəza ilə nəticələnib. Sürətlə hərəkət edən qayıqlar toqquşub və üç polis əməkdaşı dənizə düşüb.

 

Əməliyyatda iştirak edən helikopterdəki polislər vəziyyətin təhlükəli olduğunu görərək mikrofon vasitəsilə cinayətkarları köməyə çağırıb. Yekunda xilas olunan polislər qayıqda üç ton həşiş aşkarlayaraq xilaskarlarını həbs edib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh