“Tesla” 2000 avtomobilini geri çağırmağı planlaşdırır

Avtoxəbər 6 Oktyabr 2019 09:35 Oxunub 1014
“Tesla” 2000 avtomobilini geri çağırmağı planlaşdırır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Güman edilir ki, nəqliyyat vasitələrində batareyanın yanmasına səbəb ola biləcək qüsur aşkar edilib

ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi idarəsi “Tesla” şikrətinə məxsus 2000 ədəd avtomobilin geri çağırılması üçün müraciətə baxacaq.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin bildirdiyinə görə, söhbət 2012-2019-cu illərdə istehsal edilən “S” və “X” modelindən gedir. May ayında bu elektrikli nəqliyyat vasitələrində batareya doldurma proqramı yenilənib.

Hazırda isə şirkət batareyaların nasazlığı ilə bağlı şikayətlər almağa başlayıb. Güman edilir ki, nəqliyyat vasitələrində batareyanın yanmasına səbəb ola biləcək qüsur aşkar edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh