Avtosfer.az | Reklam
TIR dayanacağa çırpıldı: biri uşaq olmaqla 2 nəfər ölüb, daha 4-ü isə yaralanıb - VİDEO
Qəzalar 6 Oktyabr 2019 15:38 3692 dəfə oxunub
TIR dayanacağa çırpıldı: biri uşaq olmaqla 2 nəfər ölüb, daha 4-ü isə yaralanıb - VİDEO
Qəza yerinə xilasetmə və polis briqadaları cəlb olunub

Türkiyənin Sakarya vilayətində TIR-ın iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident Pamukova rayonunda qeydə alınıb.

Məlumata görə, Biləcik istiqamətində hərəkətdə olan TIR, bir anda sürücünün idarəetməsindən çıxaraq əvvəlcə dayanacağa sonra da yol üzərində olan piyada keçidinin dəmir dirəyinə çırpılıb.

Hadisə nəticəsində biri uşaq olmaqla 2 nəfər ölüb, daha 4 nəfər isə xəsarət alıb. Yaralılar təcili tibbi yardım maşınlarla xəstəxanaya çatdırılıblar.

Qəza yerinə xilasetmə və polis briqadaları cəlb olunub.

Araşdırmalar aparılır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh