2030-cu ildə daxili yanma mühərrikləri qadağan ediləcək

Avtoxəbər 7 Oktyabr 2019 10:05 Oxunub 1450
2030-cu ildə daxili yanma mühərrikləri qadağan ediləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu stansiyalar isə kömür və ya qaz yandırırlar

Danimarkada 2030-cu ildə daxili yanma mühərrikli avtomobillər qadağan ediləcək. Avtosfer.az xəbər verir ki, bu barədə "Report" "eadaily.com"  portalına istinadən xəbər verir.

"A planı ümumavropa qadağasına nail olmaqdan ibarətdir", - deyə ölkənin ətraf mühitin qorunması üzrə naziri DenYorqensen bildirib.

Beləliklə, ölkə hökuməti 2050-ci ildə Avropanın dünyada ilk neytral iqlim qitəsi olması barədə ümumavropa strategiyasını dəstəkləyir.

Qeyd edilir ki, 2017-ci ildə Danimarkada elektrik avtomobillərin satışı azalıb. Çünki hökumət onların sahibləri üçün güzəştləri ləğv edib.

Ekspertlər qeyd edirlər ki, elektrik avtomobillər atmosferi karbon tullantılarından xilas etməyəcək. Ona görə ki, indi elektrikin çox hissəsi istilik-elektrik stansiyalarında istehsal edilir. Bu stansiyalar isə kömür və ya qaz yandırırlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh