Suraxanı icra hakimiyyətinin əməkdaşları yolda maşınla oyun çıxartdılar - VİDEO

Xəbərlər 7 Oktyabr 2019 11:25 Oxunub 1626
Suraxanı icra hakimiyyətinin əməkdaşları yolda maşınla oyun çıxartdılar  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeşikləri maşınla vuraraq yola dağıdıblar

Küçədə meyvə satan şəxsə maddi ziyan vuran icra hakimiyyəti əməkdaşları barədə redaksiyamıza şikayət daxil olub. Avtosfer.az-a məlumat verən şəxs bildirir ki, Hövsan qəsəbəsində (Baku Bus-un yaxınlığında) küçədə meyvə satan zaman, altı nəfər ona yaxınlaşaraq meyvə satmasına mane olub. Onlar özlərini Suraxanı rayon icra hakimiyyətinin əməkdaşları kimi təqdim edərək burada meyvə-tərəvəz satılmasının qadağan olduğunu bildiriblər. Qeyd etdiyimiz şəxslərdən biri sonradan idarə etdiyi 99-SD-897 qeydiyyat nişanlı "Mitsubishi Pajero" markalı avtomobillə həmin meyvə yeşiklərini vuraraq yola aşırıb. Nəticədə satıcıya maddi ziyan dəyib.

Onlar meyvə yeşiklərini vurub aşırtdıqdan sonra hadisə yerindən uzaqlaşıblar.

 

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Fərid 7 Oktyabr 2019 13:33
birincisi əcəb ediblər.. niyə ona görəki y Küçədə yox - avtomobil yolunda, yolu zəbt edib, sürücülərə təhlükə yaradana qarşı tədbir görülüb :- indidə polis gəlib zibilə görə cərimə etsə lap əla olar :-