Axtarışda olan iki polisin yol qəzasında öldüyü məlum olub - FOTO

Yol polisi 7 Oktyabr 2019 15:49 Oxunub 2604
Axtarışda olan iki polisin yol qəzasında öldüyü məlum olub - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ekspertizanın rəyindən sonra hadisənin dəqiq səbəbləri açıqlanacaq

Dağıstanda iki polis əməkdaşı yol qəzasında dünyasını dəyişib. Avtosfer.az xəbər verir ki, asayiş keşikçilərinin avtomobili uçuruma düşüb. “360” telekanalının məlumatına görə, polislərin itkin düşməsi, onların həyat yoldaşlarından birinin ərinin itməsi ilə bağlı müraciətindən sonra məlum olub. Qadının sözlərinə görə, iki polis serjantı oktyabrın 5-də saat 3:00-da Kaspiysk şəhərindən evə doğru yola çıxıblar. Lakin İzberbaş şəhərində onlarla əlaqə kəsilib. Müraciətdən sonra polis itkin düşmüş iki nəfərin axtarışlarına başlayıb.

Keçirilmiş axtarış tədbirləri nəticəsində oktyabrın 7-də səhər Mahaçqala - Dərbənd trasında uçuruma düşmüş “LADA Priora” markalı maşın tapılıb. Avtomobilin içərisinə baxış zamanı, müraciət əsasında axtarılan 25 yaşlı Yol Patrul Xidmətinin inspektoru Abdulla Abdurazakov və 31 yaşlı Post Patrul Xidmətinin əməkdaşı Qurban Rabadanovun meyitləri aşkar olunub.

Hazırda araşdırmalar aparılır. Ekspertizanın rəyindən sonra hadisənin dəqiq səbəbləri açıqlanacaq.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh