Hər gün 10-15 sürücü işdən kənarlaşdırılır - BNA-nin rəhbəri

Qaydalar 7 Oktyabr 2019 21:05 Oxunub 2112
Hər gün 10-15 sürücü işdən kənarlaşdırılır - BNA-nin rəhbəri
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Avtobuslara nəzarətin ən azı 85 faizi dövlətin nəzarətində olsun”

"Demək olar ki, hər gün 10-15 sürücü işdən kənarlaşdırılır".  Avtosfer.az Gununsesi.org-a istinadən məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli "Bakı Nəqliyyat Agentliyi - Media" əməkdaşlığı çərçivəsində aparıcı media qurumlarının rəhbərləri ilə görüşdə redaktorların "maşın 2 dəqiqə dayanan kimi nədən cərimə olunur” suaılnı cavablandırarkən deyib. BNA rəhbəri şəhərdaxili marşurutlarla bağlı vəziyyət barədə məlumat verərək bildirib ki, bu gün "BakuBus"dan şikayətlər daxil olmur. “Narazılıq digər avtobuslardan daxil olur ki, onların hamısına biz nəzarət etmirik. Məqsədimiz də odur ki, avtobuslara nəzarətin ən azı 85 faizi dövlətin nəzarətində olsun. Demək olar ki, hər gün 10-15 sürücü işdən kənarlaşdırılır. Eyni zamanda, 850 sürücü təlimdən keçib. Avtobuslarda kartlaşma sistemi tam tətbiq olunduqdan sonra böyük dəyişikliklərin şahidi olacaqsınız”, - deyə V.Kərimli bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh