“Citroen” yük maşınına çırpıldı: eyni ailədən 3 nəfər öldü - VİDEO

Avtosfer Foto 8 Oktyabr 2019 08:31 Oxunub 1859
“Citroen” yük maşınına çırpıldı: eyni ailədən 3 nəfər öldü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daha 3 nəfər isə xəstəxanaya yerləşdirilib

Türkiyənin Mardin vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident ötən gün axşam saatlarında Mardin-Diyarbəkir avtomagistralının Akreşke keçidində qeydə alınıb.

Məlumata görə, Adil Sengon idarə etdiyi 73 AH 909 qeydiyyat nömrə nişanlı “Citroen Berlingo” markalı avtomobili yol kənarında park edilmiş Adil Şəngülə məxsus 06 JNT 81 qeydiyyat nömrə nişanlı yük maşınına arxadan çırpıb. Toqquşmanın şiddətində minik avtomobilinin ön hissəsi deformasiyaya uğrayıb.

Nəticədə “Citroen”də olan eyni ailədən 3 nəfər dünyasını dəyişib, daha 3 nəfər isə xəsarətlər alıblar. Yaralılara ambulanslarla Mardin Dövlət Xəstəxanasına çatdırılıblar.

Polis faktla bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh