“Formula 1”: Azərbaycan Qran-prisi üçün bilet satışına endirimlərlə start veriləcək

Yarışma 8 Oktyabr 2019 11:19 Oxunub 1380
“Formula 1”: Azərbaycan Qran-prisi üçün bilet satışına endirimlərlə start veriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Biletlər oktyabrın sonlarında satışa çıxarılacaq

“Formula 1” üzrə 2020-ci il Azərbaycan Qran-prisi üçün bilet satışına endirimlərlə start veriləcək. Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib. O, bilet qiymətləri və endirimlər barədə yaxın günlərdə ətraflı məlumat verəcəklərini söyləyib.

Biletlər oktyabrın sonlarında satışa çıxarılacaq.

Qeyd edək ki, ötən mövsüm biletlər 1 yanvar 2019-cu ilədək 20 faiz endirimlə satışa çıxarılıb. Sırf yerli sakinlərə 25 faiz endirim tətbiq edilib. İlkin endirim kampaniyası dövründə yerli sakinlər üçün 4 günlük biletlərin qiyməti tribunalardan asılı olaraq, 190 - 660 manat, azyaşlılar üçün 130 - 470 manat, ayaqüstü zonalar üçün 80 - 160 manat təşkil edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh