Həbsxana avtobusu aşdı: 10 yaralı - VİDEO

Avtosfer Foto 8 Oktyabr 2019 12:13 Oxunub 1279
Həbsxana avtobusu aşdı: 10 yaralı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis faktla bağlı araşdırmalara başlayıb

Türkiyənin Sivas vilayətində məhkumları daşıyan xüsusi avtobus qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 8-də səhər saatlarında Yıldızeli rayonunda qeydə alınıb.

Məlumata görə, Tokatdan hərəkət edən və Sivas istiqamətinə gedən 60 GU 328 qeydiyyat nömrə nişanlı cəzaçəkmə müəssisəsinə məxsus xüsusi avtobus naməlum səbəblərdən idarəetmədən çıxaraq aşıb.

Nəticədə beşi əsgər, 5-i məhkum olmaqla 10 nəfər xəsarət alıb. Yaralılar Yıldızeli Dövlət Xəstəxanasına çatdırılaraq müalicə məqsədi ilə palatalara yerləşdiriliblər.

Polis faktla bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh