"Standart İnsurance" şirkətindən daha bir şikayət: "Bizə belə xoşdur"

Xəbərlər 8 Oktyabr 2019 19:47 Oxunub 2531
"Standart İnsurance" şirkətindən daha bir şikayət: "Bizə belə xoşdur"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vətəndaşı bir aydır get-gələ salırlar

Vətəndaş Kənan Davudzadə "Standart İnsurance" sığorta şirkətindən şikayətçidir. Avtosfer.az-a müraciət edən Kənan deyir ki, 

cari ilin sentyabr ayının 9 da  mülkiyyətində olan 90-TS-770 dövlət qeydiyyat nişanlı avtomobilini Sulutəpə dairəsində 10 BP 221 dövlət qeydiyyatlı avtomobil vurub.  "Zərərvurmuş avtomobil "Standart İnsurance" sığorta şirkətində icbari sığorta olunduğu üçün həmin avtomobilin vurduğu zərər də şirkət tərəfindən ödənilməli idi.

Hadisə ilə bağı Standart İnsurance" sığorta şirkətinin  Şəmsi Bədəlbəyli ünvanında yerləşən ofisində 3 dəfə olmuşam. İşin gedişatını ilk gündən uzatdıqları bəlli idi. Belə ki, DYP-ın qəza ilə bağlı rəyi olduğu "Forma 4" adlanan sənəd üçün sorğunu yalnız poçt vasitəsi ilə göndərəcəklərini dedilər. Bu da məlum məsələdir ki, poçt vasitəsi ilə məktub birbaşa sürücünün aparmasından daha çox vaxt aparır. Avtomobilimə dəymiş zərər qiymətləndirmə şöbəsinin əməkdaşı tərəfindən çəkilmiş şəkillər əsasında 250 AZN qiymətləndirildi. Xüsusi yığılmış və xüsusi sifariş ilə gətirilmiş, titan boya ilə boyanmış avtomobilimə dəymiş zərər ilə qarşılaşdırıldıqda bu məbləğ çox az olduğunu həmin əməkdaşa çatdırdım. Qiymətləndirmə ilə bağlı avtomobilimi ixtisaslı avtoservisə göndərmələrini tələb etdim. Həmin şəxs avtomobilimin yalnız hadisə ilə bağlı DYP-in rəyi yəni, "Forma 4" adlanan sənəd gəldikdən sonra mümkün olacağını bildirdi. Bu isə yalnız və yalnız işin həll prosedurunu uzatmağa xidmət edən bürokratik əngəldir. Bu fikri həmin əməkdaşa çatdıraraq ofisi tərk etmişdim. "Forma 4"-ü Baş DYPİ-dən alaraq əlimlə şirkətə çatdırmışam və  26.09.2019-cu il tarixində Bakı-Sumqayıt yolundan sağda, şəraitsiz, avtoservis standartlarına cavab verməyən , "Əli dayının boya qarajı"na oxsaşayan qaraja yönləndirilmişəm. Həmin tarixdə avtomobilimə baxış keçirilib.

Avtomobilimə baxış keçirildikdən 12 gün keçməsinə baxmayaraq sığorta şirkətindən dəymiş zərərin məbləğ ilə bağlı heçbir məlumat verilməyib.

Ümumilikdə hadisə olduqdan son günə qədər şirkətinin rəsmi saytında olan  930 və 012 497 37 60 nömləridə dəfələrlə zəng etmişəm. Adətən telefona cavab verilmir, cavab verildikdə isə operator mənə dəymiş zərər ilə bağlı açılmış 3906 nömrəli işin icraçısını Samirə xanıma yönləndirilir, o isə telefona ümumiyyətlə cavab verməyib.

Ofisdə olduğum zaman bərbad gündə olan xidmətlərinə etiraz etdikdə qiymətləndirmə şöbəsinin həmin əməkdaşı "bizə belə xoşdu, biz belə işləyirik" deyə cavab vermişdi. Bu isə onların məqsədli şəkildə zərərçəkmişləri süründürdüklərinin sübutudur.

 

Ofislərindəki şəraitsizlik də başqa bir problemdir. Yeni müştəri gəldikdə  1-ci mərtəbədə olan işıqlı şəraitli zalda qarşılayıb yola salırlar. Mənim kimi zərəçəkmişlər olduqda isə şəraitsiz,  labirint kimi zirzəmiyə yönləndirib orda qəbul edirlər.

Növbəlilik prinsipini qorumaq üçün cihaz yoxdur, primitiv üsulla üzərində ədəd yazdıqları kağız parçalarını zərərçəkmişə verərək ona uyğun növbə tutmağı tələb edirlər. 

Sadaladıqlarım şirkətin bədbad vəziyyətdə olan xidmətinin sadəcə bir hissəsidir."

 

Zərərçəkmiş məsələ ilə bağlı aidiyyəti qurumlara rəsmi şəkildə müraciət etdiyini də bildirib. 

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh