Polis kəlbətinləri işə saldı

Maraqlı 9 Oktyabr 2019 01:45 Oxunub 1592
Polis kəlbətinləri işə saldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Asayiş keşikçiləri fövqəladə hallar xidmətlərini köməyə çağırmalı olublar

Berlin polisi icazəsiz mitinqin iştirakçılarının Potsdam meydanından sıxışdırılıb çıxarılması əməliyyatını həyata keçirib.

Avtosfer.az "Azərtac"a istinadən xəbər verir ki, “Nəsli kəsilməyə qarşı üsyan” radikal hərəkatının bir neçə iştirakçısı özlərini zəncirlə hasarlara və bir-birinə bağlamaqla şou göstərmək qərarına gəlib. Asayiş keşikçiləri fövqəladə hallar xidmətlərini köməyə çağırmalı olublar. Fövqəladə halların əməkdaşları zəncirləri qırmaq üçün hadisə yerinə kəlbətinlə gəliblər. Hazırda bir qrup nümayişçi Tirqarten parkı rayonunda, Zəfər sütunlarının yanına toplaşaraq nəqliyyatın hərəkətini iflic vəziyyətinə salıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh