Yollarda "at oynadan" yük maşınları məsuliyyətdən necə yayınır? - FOTO

Yazarlar 9 Oktyabr 2019 15:16 Oxunub 1270
Yollarda "at oynadan" yük maşınları məsuliyyətdən necə yayınır? - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əcəl heç kimə güzəşt etmir

Bəzən yük maşınlarının sürücüləri texniki baxışdan keçmir, yollarda yüksək sürətlə hərəkət edir, qaydaları pozurlar. Avtosfer.az xəbər verir ki, araşdırmalar nəticəsində məlum olub ki, belə maşınların əksəriyyəti avtomobilin dövlət nömrə nişanını palçıqla gizlədir, yaxud da hər hansı rəqəm və ya simvolu korlamaqla elektron texniki vasitələrin onlar haqqında protokol tərtib etməsini əngəlləyirlər. Bununla da məsuliyyətdən yayınır, ağır qəzalara səbəb olur, ətrafdakıları təhlükəyə atırlar. Yol polisi bu cür sürücüləri saxladıqda isə bəzən heç sürücülük vəsiqəsi belə olmur. Çox təssüflər ki, bu cür şəxslər müxtəlif sosial təbəqənin gücündən istifadə edərək ətraflarına bir qrup şəxs yığır və onların gücü ilə yol polisinə təsir etməyə çalışır. Avtosfer.az olaraq bildiririk ki, ola bilsin ki, yol polisi onlara bəzi güzəştlər edir, amma əcəl heç bir güzəşt etməyəcək. Odur ki, yol hərəkəti qaydalarına əməl etmək ən gözəl üsuldur.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh